Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi QAYDASI DƏYİŞDİ 

Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi QAYDASI DƏYİŞDİ 

Hazırda oxunan: Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi QAYDASI DƏYİŞDİ 

124542

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək.

İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO