Gəncə şəhərində torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər keçirilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı Gəncə Şəhər İcra Hakimiyyətindən verilib.
Bildirilib ki, Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Baş Polis İdarəsinin rəisi, general-mayor Teymur Hacıyev və Aparatın məsul əməkdaşları şəhərin Mahrasa bağı yaşayış massivində, 28 may və Eminbəyli küçələrində olublar.
Reydlər zamanı qanunun tələblərinə uyğun olmayan formada tikinti aparan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokollar tərtib edilib.
Bununla yanaşı onlarla maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri onlara izah olunub. İdarədən onu da əlavə ediblər ki, reydlər mütəmadi şəkildə davam etdiriləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu