Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün saxta COVID-19 arayışı alan şəxs saxlanılıb.
Bizim.Media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində qeyri-qanuni yolla tibbi arayış əldə edən çağırışçı aşkarlanıb.
Məlum olub ki, o, koronavirusa "yoluxması" barədə arayışı tibbi mərkəzdən pul müqabilində alıb. Faktla əlaqədar tibb mərkəzinin işçiləri nəzarətə götürülüb, araşdırma aparılır.
Son günlər Ermənistanda koronavirusa yoluxma sayında rekord artım qeydə alınmaqdadır. Həkimlər kəskin artmasının səbəbini izah edə bilmirlər. Yoluxanların əksəriyyəti 18-55 yaş arasındakı kişilərdir. Yəni səfərbərlik ehtiyatında olan şəxslərdir.
Araşdırmalar təsdiqləyir ki, onlar Ermənistanın məğlub olduğu döyüşdə iştirak etmək istəmir, bu məqsədlə özlərini virusa "yoluxdururlar".
Bəzi məlumatlara əsasən, Ermənistanda koronavirus üçün "müsbət" test nəticəsi almaq 1000-2000 dollara başa gəlir. Beləliklə, virusa "yoluxmuş" çağırışçılar döyüşə göndərilməkdən azı iki həftəlik möhlət alır.
Bizim.Media