"Deyl Macfaden-in müavini Əliskəndər Qurbanovdur, bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanovun qardaşının oğludur..."
"Katibə
vəzifəsində işləyən Nərminə Qardaşxanova yanacaq və digər komissiyalar üzrə rəhbərdir,
"SOKAR"ın vitse-prezidenti Rəhman Qurbanovun himayəsində olan,
"SOKAR"ın 1-ci vitse-prezidenti Süleyman Qasımovun isə əsas adamı
kimi onun tapşırıqlarını yerinə yetirir"
“Bahar Enerji”x9d Əməliyyat Şirkətinin bir qrup qocaman neft işçisi, fəhləsi,
elektriki, sürücüsü, mexaniki və digər neft peşə sahibləri bu şirkətdə baş verən
ozbaşınalıqlardan, qanunsuzluqlardan Prezident İlham Əliyevə müraciət etdi.
Müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Biz, “Bahar Enerji ”x9d Əməliyyat Şirkətinin bir qrup qocaman neft işçisi, fəhləsi,
elektriki, sürücüsü, mexaniki və digər neft peşə sahibləri Şirkətdə baş verən
ozbaşınalıqlardan, qanunsuzluqlardan və bizə qarşı olan təzyiqlərdən bezmişik.
Bizlərə əvvəlki “Qum adası”x9d NQÇİ-nin işçiləri olmuşuq, uzun illərdi ki, bu sahədə
işləyirik, bu cür özbaşınalığa rast gəlməmişik. Bildiririk ki, Şirkətdə
qanunsuzluqlar o həddə çatıb ki, hətta neft-qaz işləri üzrə təhsili olmayan
sürücü, katibə, tərcüməçi olan şəxslər bizlərə rəhbər vəzifələrə təyin edilib.
Belə vəziyyətdə neftin çıxarılmasından söhbət belə gedə bilməz.
"Bizlərin əmək haqları böhran adı altında azaldıldı, lakin aşağıda adları
göstərilən şəxslər və onların adamları, qohum-əqrabalarının əmək haqları
qaldırıldı..."
Lakin bu vəziyyətləri bildirəndə bizləri işdən çıxarmaqla hədələyirlər. Hazırki
böhran dövründə işsiz qalıb uşaqlarımızı və ailəmizi ac-susuz saxlamamaq üçün
bir az dözürük. Amma bu halların təkrar baş verməsi bizləri susdura bilməzdi.
Bizlərin əmək haqları böhran adı altında azaldıldı, lakin aşağıda adları göstərilən
şəxslər və onların adamları, qohum-əqrabalarının əmək haqları qaldırıldı. Bizlərin
banklara kredit borclarımız var və biz bu krediti götürəndə bundan əvvəlki əmək
haqqımızı nəzərə almışdıq. Böhran “neftçi babaya”x9d təsir edir ancaq??? Hətta vəziyyət
o yerə çatıb ki, bu şəxslər Azərbaycan hökümətini və Dövlət Neft Şirkətini
aldatmağa çalışırlar. Niyə, məhz onlar deyil, bizlər bu böhranın təsirinə
düşürük? Onlara bu böhran niyə təsir etmir? Demək araşdırılmalı işlər hələ də
çoxdur. Bunlar qanunsuzluqların hələ bir hissəsidir.
Hörmətli cənab Prezident!
1.Hal-hazırda şirkətə Əməliyyat üzrə Menecer Amerika vətandaşı Dayl Makfaden rəhbərlik
edir. Lakin maraqlı məqam orasındadır ki, həmin şəxsin Azərbaycanda işləməsi
üçün iş icazəsi olsada iş icazəsi saxta diplomla əldə edilib. Əldə etdiyimiz
Facebook səhifəsindəki məlumata əsasən həmin şəxs Amerikada Belford
Universitetini neft mühəndisi ixtisası üzrə bitirib. Gülməli olsada, lakin həmin
Universitet ümumiyyətlə mövcud deyil (//www.coderanch.com/t/45680/md/belford-university-degrees-fake).
Bəs mövcud olmayan Universiteti necə bitirmək olar? Bu məlumatı Dayl facebook səhifəsidə
görəndə biz internetdə Belford Universitetini araşdırdıq və bəlli oldu ki, həmin
mövcud olmayan Universitetdə oxumağa ehtiyac yoxdur, onlayn yolla 150 dollar ödəməklə
Universitet adından diplom əldə etmək olur. Dayl uzun müddətdir ki, Azərbaycanda
saxta diplomla özündən qat-qat təcrübəli və sözün əsl mənasında neft sahəsinə
ömrümü vermiş əsil peşəkarlara rəhbərlik edir. Bunun üçün Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin qısa araşdırma aparması kifayət edir
ki, dediklərimizin təsdiqi ortaya çıxsın. Bu şəxsin neftdən anlayışı olmaması səbəbindən
neftin səviyyəsi bərbad vəziyyətdədir. Dayl təcrübəli neftçiləri işdən çıxardıb
.Güman edirik ki, həmin şəxsin əməllərinə müvafiq orqanlar nəzər yetirib bizlərə
dəstək olacaqlar. Bizə Rəhbər olan Dayl ozü adi fəhlədir və dələduzluqla illərdir
Azərbaycan Dövlətini aldadır və bizlərin hesabına firavan həyat tərzi sürür. Hətta
o ağır xəstədir və bu səbəbdən nəinki platformalardan, bizlərin nə şəraitdə işlədiyimizdən,
heç Qum adasının sahəsindən belə xəbəri yoxdur.
"Rahib Mustafayev "Dayl Makfaden" tərəfindən tərcüməçi kimi işə
gətirilmişdir və o, “Bahar Enerji ”x9d Əməliyyat Şirkətinin təchizat və maliyyə
işlərini idarə edir, Şirkətə öz qohum-əqrabalarını, dostlarını, hətta dini təriqətin
nümayəndələri olan "Vahabil"əri toplayıb"
2.Şirkətdə Kommersiya üzrə vitse-prezident vəzifəsində işləyən Rahib Mustafayev
"Dayl Makfaden" tərəfindən tərcüməçi kimi işə gətirilmişdir. Keçmiş təcrübəsi
tərcüməçi olsa da hal-hazırda “Bahar Enerji ”x9d Əməliyyat Şirkətinin təchizat və
maliyyə işlərini idarə edir. Bununla bərabər, o, Şirkətə öz qohum-əqrabalarını,
dostlarını, hətta dini təriqətin nümayəndələri olan "Vahabil"əri
toplayıb. Bildiririk ki, “Bahar Enerji ”x9d Əməliyyat Şirkətinin Əməliyyat üzrə
Departamentin aparıcı vəzifələrində şöbə rəisləri "vahabi"lərdir.
Onun rəhbərlik etdiyi QHT isə bunların dini təriqətinin nümayəndələrini maliyyələşdirir
və onların Şirkətdəki işdən savayı dini təriqətin alovlanmasında iştirak edirlər.
Rahib Mustafayevin adamlarından biri də elektrik təhsili olmayan baş elektrik
Nail Nağıyevdir.
3.Cənab Prezident! Bildiririk ki, Şirkətdə Əməliyyat üzrə Menecerin, yəni Deyl
Macfaden-in müavini Əliskəndər Qurbanovdur. Bildiririk ki, bu şəxs Azərbaycan
Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanovun qardaşının oğludur.
O, bu nüfuzdan istifadə edərək Şirkətdə baş verən qanunsuzluqlara rəhbərlik
edir. Bu yaxınlarda neftçilərin əmək haqlarının aşağı salınması təşəbbüsü də
onun tərəfindən edilib. Bunun qarşılığında isə Əliskəndər Qurbanovun əmək haqqı
qaldırılıb. Ona şikayətlərimiz isə həmişəki kimi cavabsız qalır və ondan şiakayət
etdikdə isə “Mənim əmim "Socar"ın vitse-prezidentidir, sizlər mənə
hec nə edə bilməzsiniz”¦”x9d deyə cavab verir. Məgər
birinin əmisinin yüksək vəzifə tutması neftçilərə əziyyət verməsinə əsasdır?
Bizlər gecəmizi gündüzümüzə qatanda bu şəxs savadsız qərarları ilə neft
sistemini bərbat vəziyyətə qoyub. Bizlərin Əliiskəndər Qurbanovun əmisi kimi
dayağımız yoxdur, lakin bizlər ilk öncə Ölkə başçısı cənab İlham Əliyevi və
ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevi özümüzə həmişə dayaq və yanımızda olan
lider sayırıq.
4.Cənab Prezident İlham Əliyev! Siz hər dəfə çıxışlarınızda yüksək vəzifə tutan
məmurlara onların qohumlarının bu vəzifədən sui-istifadə etməsinə dair xəbərdarlıqlar
etmisiniz. Odur ki, Rəhman Qurbanov ölkə başçısının bu xəbərdarlıqlarını, deməli,
saya saymır, yoxsa qardaşı oğlunun törətdiyi özbaşnalıqlarının arxasında
durmaqla qanunsuzluqlarına göz yummazdı... Şirkətdə hamı danışır ki, Rəhman
Qurbanov tezliklə "SOKAR"ın prezidenti olacaq, artıq məsələ filan
yerdə həll edilib və s.
Cənab Rövnəq Abdullayev bu məsələyə dair araşdırılma aparılmasına dair tapşırıq
versə, bizim nə qədər haqlı olduğumuzu göstərəcək. Biz iş yerlərimizi itirməkdən
qorxuruq, ona görəcdə uzun müddətdir ki, araşdırma aparırıq və Sizə verilən məlumatların
heç biri sübütsüz deyildir. İnanırıq ki, "Təzadlar" qəzeti dövlətçiliyimizə
sadiq KİV olaraq səsimizi Sizə çatdıracaq.
Cənab Prezident! Yuxarıda qeyd etdiyimiz kimi, Şirkətimizdə yüksək vəzifə
tutanlardan biri də Anar Cabbarovdur. O, şirkətin maliyyə meneceri Erik
Stupart-ın sürücüsü vəzifəsində uzun müddət işləyib. Şirkətdə baş verən struktur
dəyişiklikləri nəticəsində Təchizat şöbəsi də Erikin tabeçiliyinə verilib. Və həmən
gündən o, Anarı, yəni sürücüsünü təchizat şöbəsinin alışları üzrə rəhbər vəzifəyə
təyin edib. Bunu da qeyd edək ki, Anar Cabbarovu şirkətə elə Erik özü ilə qətirib.
Bu gün sürücü şirkətimizin bütün alışlarına nəzarət edir.
"Katibə vəzifəsində işləyən Nərminə Qardaşxanova yanacaq və digər
komissiyalar üzrə rəhbərdir, "SOKAR"ın vitse-prezidenti Rəhman
Qurbanovun himayəsində olan, "SOKAR"ın 1-ci vitse-prezidenti Süleyman
Qasımovun isə əsas adamı kimi onun tapşırıqlarını yerinə yetirir"
5.Cənab Prezident! Şirkətdə Nəqliyyat və xüsusi texnika üzrə şöbənin rəhbəri Fəxrəddin
Qasımovdur. Fəxrəddin Qasımov bir il bundan əvvəl 2015-ci ildə aşkar olunmuş
yanacaq üzrə yeyintiyə görə işdən qovulmuşdur və bir müddət sonra yenidən işə bərpa
olunmuşdur, daha yüksək vəzifə ilə təmin olunmuşdur. Həmin şəxs Deyl və Rahib
Mustafayevin əsas füqurlarından biridir. Fəxrəddin Qasımov bu vəzifədə işləməyə
başladıqdan sonra ümumiyyətlə, qanunsuzluqlar baş alıb gedir. Şirkətə bu sahədə
tanışlıqlar etdiyi Şirkətlər cəlb edilib, yüksək məbləğlərdə iş pulları
yazılır. Nəticədə bunlar həmin pulları silməklə məşğul olurlar. Bununla yetinmədən
hazırda Şirkətin hesabında bir dənə də olsun boru qalmayıb, hamısı bu şəxsin
tapşırığı və Rahib Mustafayevin rəhbərliyi ilə bazarlarda satışdadır. Təəssüflər
olsun ki, Şirkətin rəhbəri amerika vətandaşı Norman Benson-un da bunlardan xəbəri
yoxdur. Və biz ona bunları deməyə və sübüt eməyə qorxuruq, çünki Deyl və Rahib
onu da öz təsiri altına salıblar və onlara inanaraq bizə inanmayacaq.
6.Cənab Prezident! Bu da azmış kimi şirkətdə əvvəl katibə vəzifəsində işləyən Nərminə
Qardaşxanova hal-hazırda Direktor vəzifəsində işləyir. Nərminə Qardaşxanova yanacaq
və digər komissiyalar üzrə rəhbərdir və araşdırmalar aparır. Rəhman Qurbanovun
1 nömrəli adamıdır, əsasən də "SOKAR"ın 1-ci vitse-prezidenti
Süleyman Qasımovun adamı kimi onun tapşırıqlarını yerinə yetirir, onun keşmiş
rus millətindən olan "adam"larından birinin əmrinə tabedir (Etik
qaydaılara görə bəzi məqamlar araşdırılıb sonra təqdim ediləcək). Heç
yanacaqdan başı çıxmayan və indiyədək bu sahədə heç bir təcrübəsi olmayan bu
adam bizlərdən izahatlar alır. Və bizim ixtiyarımız yoxdur ki, ona işi öyrədək,
çünki ona Rahib Mustafayev "himayədarlıq" edir, deyir ki, Süleyman
Qasımovun adamıdır... Onun aldığı əmək haqqı ilə neçə təcrübəli neftçi işləyə
bilər, lakin o, Rahibin adamı, olduğu üçün ona hər çür şərait yaradılır və
böhranı bəhanə edib bizlərin əmək haqqını azaldıblar, hətta işdən belə azad
edirlər. İllərlə mühəndis vəzifəsində işləyən əməkdaşları isə işdən
çıxardırlar. Süleyman Qasımovun himayəsində olan bu xanımın tutduğu vəzifə
artıq xərcdən başqa bir şey deyil...
7.Diqqətinizə çatdırırıq ki, Şirkətdə 2011-ci ildə Həmkarlar İttifaqı yaradılanda bizlər sevinmişdik ki, onlar bizim hüquqlarımızı qoruyacaq. Lakin hazırda görürük ki, həmin qurumda sadəcə Rahib Mustafayevin və digər ətrafının sözü ilə hərəkət edən bir dəstə var. Həmkarlar İttifaqının sədrinin müavini Fərid İlyasov Rahib Mustafayevin ən yaxın adamıdır. Onlar böhran bəhanəsi ilə başımıza turp əkirlər-maaşlarımızı kəsiblər, özlərinə isə bu böhran aid deyil. Rövnəq Abdullayev bunu bilmir??? Şirkətdə işləyən işçilərin əmək haqları kəsilərkən, onlara qarşı haqslzlıq olarkən Həmkarlar İttifaqına getdik, Fərid İlyasova və Hüquq departamentinin meneceri Əhmədiyyə Musayevə bildirdik. Onlar isə işçiləri qanunla müdafiə etmək əvəzinə Rahib Mustafayevin dilindən çıxış etdilər və ”x9dXoşunuz gəlmirsə işləməyin”¦.”x9d kimi çağırışlar etdilər. Həmkarlar İttifaqı işçiləri deyil, Şirkət rəhbərliyini qoruyacaqsa, onların sözü ilə oturub duracaqsaƏ onda nəyə lazımdır bu qurum? Biz kimə müraciət edək ki, bizi qorusun? Biz dəfələrlə Əhmədiyyə Musayevə müraciət etmişik... Bu şəxslər özlərini ətrafda “komanda”x9d adlandırırlar, lakin onların bu dövlətə bir damla da olsun xeyir vermək niyyəti yoxdur. Bu məktubumuzu AR Prezident Administrasiyasına, AR Dövlət Neft Şirkətinin rəsmilərinə, Dövlət Miqrasiya Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişik, amma nəticəsi yoxdur. Yaxşı deyirlər ki, bu ölkədə Prezidentdən başqa, sanki heç kim işləmir.
Cənab Prezident, bizə sahib durun, komissiya göndərin, Şirkətdə ciddi araşdırma olsun. Onda hər şey aydın olacaq. Bizlər Sizə inanırıq və bilirik ki, Sizin müdaxilənizdən sonra problem həllini tapacaq.
Böyük ümid və sayğılarla:"Bahar Enerji" Şirkətinin işçiləri.
Redaksiyadan: müraciət cənab Prezidentin rəsmi elektron poçtuna göndərilib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
""Təzadlar" qəzeti


























































































