Bu günün havası

Bu günün havası

Hazırda oxunan: Bu günün havası

12429

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Bizim.Media xəbər verir ki ,bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat veriıib. 

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək.

Fevralın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-21-də  Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO