Zaqatalalılar Yel çərşənbəsini belə qeyd etdilər – FOTO

Zaqatalalılar Yel çərşənbəsini belə qeyd etdilər – FOTO

Hazırda oxunan: Zaqatalalılar Yel çərşənbəsini belə qeyd etdilər – FOTO

124274

El arasında boz ayın müqəddəs çərşənbələrindən sayılan və təbiətin ünsürləri ilə bağlı olan, xalq arasında Yel çərşənbəyə, külək, hava çərşənbəsi, yaxud yelli çərşənbə, küləkoyadan çərşənbə də deyirlər. Qeyd edək ki, Novruz bayramının müjdəçisi olan çərşənbələr ölkəmizin hər tərəfində bayram-əhval ruhiyyəsində qeyd olunur. 

Bizim.Media-nın əməkdaşı Zaqatala rayonunun Yengiyan kəndində Yel çərşənbəsinin qeyd olunduğu şənlikdə iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün YEL ÇƏRŞƏNBƏSİ – Həm də dünyanın bir-biri ilə xəbərləşməsinə keçid GÜNÜDÜR


Zaqatalanın Yengiyan kənd mədəniyyət evinin folklor qrupu və kənd sakinləri yüksək bayram əhval-ruhiyyəsindədilər. Kimi Yel çərşənbəsi haqqında bayatı deyir kimi də rəqsi ilə şənliyə rəng qatırdı. 

Qrupun rəhbəri Gülbadam Qurbanova ilk çərşənbədən başlayaraq hər həftə bir araya gəldiklərini və hər çərşənbəyə xüsusi proqram hazırladıqlarını deyir. Bildirir ki, hər çərşənbə də bayram ənənələrimiz haqqında deyimlər, çərşənbəyə aid bayatılar hazırlayıb iştirakçıların diqqətinə çatdırmağı özümüzə borc bilirik.

“Məqsədimiz bu bayatıları, nəğmələri, adət-ənənələri həm yaşatmaq, onu düzgün formada təbliğ etmək və gələcək nəsillərə ötürməkdir”.

Yel çərşənbəsinin qeyd olunduğu şənlikdə həmişəki kimi süfrənin bəzənməsi yenə xanımların öhdəsinə düşüb. 

Kənd bələdiyyəsinin sədri Xuraman Şabanova bildirir ki, Yel çərşənbəsində evlərdə təmizlik işləri daha da sürətləndirilir. Xalçalar-palazlar çırpılır, həyət-baca səliqəyə salınır. Şirniyatların və ləziz yeməklərin hazırlanması isə başqa bir mərasimdir.  

Zaqatalada hava çiskinli olsa da çərşənbə tonqalını yandırmağa mane ola bilmədi. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi gəlir. Qədim inanclara görə çərşənbə axşamı Tanrı ancaq xoş sözləri eşidir. Həm də başqaları üçün edilən diləklər, dualar Allaha xoş gəlir. Mərhəmətli Tanrıdan torpağımıza, el-obamıza firavanlıq diləyi ilə...   










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO