DİN futbolçuların qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI 

DİN futbolçuların qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: DİN futbolçuların qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI 

124253

Bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. 

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB


Bildirilir ki, nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib. 

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO