“Qanunu başa düşmək iynə ilə gor qazmaq kimidir” – Sabir Rüstəmxanlıdan ETİRAZ

“Qanunu başa düşmək iynə ilə gor qazmaq kimidir” – Sabir Rüstəmxanlıdan ETİRAZ

Hazırda oxunan: “Qanunu başa düşmək iynə ilə gor qazmaq kimidir” – Sabir Rüstəmxanlıdan ETİRAZ

124252

“Miqrasiya Məcəlləsi” ilə bağlı qanunun bizə təqdim olunan variantı son dərəcə mürəkkəb bir mətndir. Qanunu başa düşmək, iynə ilə gor qazmaq kimidir”. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. 

“Miqrasiya dünyada aktual məsələdir. Bu ciddi şəkildə tənzimlənməlidir. Məni ən çox narahat edən Miqrasiya Məcəlləsində Azərbaycanda oturum haqqı almaq istəyən insanların ancaq maddiyyata bağlanmasıdır. 

100-200 min manat yatırım edən əcnəbilər Azərbaycanda yaşamaq haqqı alır. Amma biz nəzərə almalıyıq ki, millətimizin yarıdan çoxu xaricdə, eyni zamanda Güney Azərbaycanda yaşayır. Onlar təhsil və müəyyən məqsədlər üçün bura gələ bilərlər. Ona görə də bunlar Miqrasiya Məcəlləsində nəzərə alınmalıdır”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO