Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti tapıldı.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, meyid kəndin kənarından keçən su kanalından tapılıb.
Hazırda müayinə olunmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Hazırda faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.
*** 14:23
Göyçay rayonunda 73 yaşlı kişi itkin düşüb. Onun su kanalında batdığı ehtimal olunur.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Qızılağac kənd sakini, 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Onun kənd ərazisindən keçən su kanalına düşərək öldüyü ehtimal olunur. Hazırda kənd sakinləri kanalın suyunu azaldaraq orada axtarış işləri aparırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədir.
Mövlan Məmmədovun tapılması istiqamətində tədbirlər həyata keçirilir.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 07.03.2023
Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti kanaldan tapıldı - YENİLƏNİB
Hazırda oxunan: Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti kanaldan tapıldı - YENİLƏNİB
Hazırda oxunan: Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti kanaldan tapıldı - YENİLƏNİB
124240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.