Bakıda 50 minlik OĞURLUQ – FOTO/VİDEO

Bakıda 50 minlik OĞURLUQ – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda 50 minlik OĞURLUQ – FOTO/VİDEO

124189

Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb. 

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən isə oğurluq edilib. Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək ələ keçirilirilib. 
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir. 
 









Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO