Siyəzəndə güclü külək icra nümayəndəliyinin binasını qəzalı vəziyyətə SALDI - FOTO

Siyəzəndə güclü külək icra nümayəndəliyinin binasını qəzalı vəziyyətə SALDI - FOTO

Hazırda oxunan: Siyəzəndə güclü külək icra nümayəndəliyinin binasını qəzalı vəziyyətə SALDI - FOTO

124176

Güclü külək Siyəzəndə fəsadlar törədib. 

Siyəzən rayon Fövqəladə Hallar Komissiyasından (FHK) Bizim.Media-ya verilən məlumata görə, Sədan kəndində 3 vətəndaşın evinin damı güclü külək nəticəsində uçub.

Dağ Quşçu və Ərzüküş icra nümayəndəliklərinin binasının dam örtüyü da küləkdən ziyan çəkib. Hazırda həmin nümayənliklərin binasının uçmuş damının bərpası işləri aparılır.
Rayon FHK-sı hazırda Siyəzəndə ümumən dəymiş zərərin hesablanması və dəqiqləşdirilməsi işlərini həyata keçirir. Enerji sarıdan yaranan problem artıq aradan qaldırılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO