Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb.
MÖVZU İLƏ BAĞLI:
Novruz bayramında böyük amnistiya olacaq? – Komissiya üzvü açıqladı
Bununla da komissiyaya daxil olan müraciətlərdən baxılanların sayı 200-ü ötüb.
Qeyd edək ki, komissiyanın yeni tərkibdə ilk iclası fevralın 16-da baş tutub. İclasda 100-dən çox müraciətə baxılıb.
Ümumilikdə isə Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərə baxılması nəzərdə tutulur.
Bizim.Media