Elektrik təsərrüfatı ilə yanaşı,vətəndaşların şəxsi təsərrüfatı da küləkdən ziyan çəkib.
Rayonun Rustov kənd kənd bələdiyyəsinin sədri Aydın Kazımovun Bizim.Media-ya verdiyi məlumata görə, Rustov İnzibati Ərazi Dairəsinin Bad və Qalagah kəndlərində sakinlərə məxsus bir tövləni və bir quruluğun üstünü külək uçurub:
"Bad kəndində Nazim Adıgözəlovun tövləsinin damını, Qalagah kəndində Tural Məmmədova məxsus quruluğun üstünü külək aşırıb. Püstəqasım kəndində isə sakin Sürəyya Şahmərdanovanın evinin dam örtüyünün bir hissəsini külək dağıdıb.
Bundan əlavə yol kənarı reklam lövhələri də güclü külək səbəbindən uçub dağılıb. Hazırda ərazidə enerji verilişi də kəsilib”.
Quba FHK-dan bu gün rayon ərazisində qeydə alınan güclü küləyin elektrik və vətəndaşların şəxsi təsərrüfatlarında problem yaratdığı bildirilib.
Yerlərdə vətəndaşlara dəymiş ziyan icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən öyrənilir və FHK-na təqdim edilir.
Bütün faktlar toplanandan sonra dəymiş ziyan aktlaşdırılıb tədbir görülməsinə başlanılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.