“Qadınlar pensiyaya 60 yaşda çıxsın” – Deputatdan TƏKLİF 

“Qadınlar pensiyaya 60 yaşda çıxsın” – Deputatdan TƏKLİF 

Hazırda oxunan: “Qadınlar pensiyaya 60 yaşda çıxsın” – Deputatdan TƏKLİF 

124075

Qadınların pensiya yaşının azaldılması məsələsi aktual olaraq qalır. Sözügedən məsələ Insan Hüquqları üzrə Müvəkkilinin (Ombusmanın) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən də biridir.

Bizim.Media xəbər verir ki, deputat-iqtisadçı Vüqar Bayramov pensiya yaşının dəyişdirilməsi məsələsinə münasibət bildirib.

Deputat qeyd edib ki, ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifi irəli sürülmüşdü:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanması həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var.

Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı.  
Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”, - deyə Vüqar Bayramov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO