Laçında əsgərlərlə görüş keçirildi - FOTO

Laçında əsgərlərlə görüş keçirildi - FOTO

Hazırda oxunan: Laçında əsgərlərlə görüş keçirildi - FOTO

12404

İllik fəaliyyət planına uyğun olaraq hərbi qulluqçuların döyüş əzminin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu Laçın rayonunda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə tədbirlər həyata keçirib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşlər zamanı "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, eləcə də səsyayma stansiyası vasitəsi ilə döyüş və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO