Bakıda yolun ortasına beton töküldü – Sıxlıq yarandı - FOTO

Bakıda yolun ortasına beton töküldü – Sıxlıq yarandı - FOTO

Hazırda oxunan: Bakıda yolun ortasına beton töküldü – Sıxlıq yarandı - FOTO

12400

Bakının Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində kənar yolunda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar metronun “İçəri şəhər”, “28 May”, “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları istiqamətində ekspres və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

"Bu artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan 2-ci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO