Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq - FOTO

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq - FOTO

Hazırda oxunan: Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq - FOTO

123947

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

22 yaşlı şəhid  sabah  doğulduğu Hünanlar kəndində dəfn ediləcək.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, şəhidin atası Cəmil Hüseynov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.

Ailənin böyük oğlu da hərbçidir, Naxçıvanda qulluq edir. Eşqin ailənin 2-ci oğlu idi. 2 qardaş, 1 bacıdırlar.

Mərhum Eşqin Hüseynov müddətdən artıq hərbi qulluqçu idi.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO