Vərəm xəstəliyinə yoluxma 10 ilin göstəriciləri ilə müqayisədə 3 DƏFƏ AZALIB

Vərəm xəstəliyinə yoluxma 10 ilin göstəriciləri ilə müqayisədə 3 DƏFƏ AZALIB

Hazırda oxunan: Vərəm xəstəliyinə yoluxma 10 ilin göstəriciləri ilə müqayisədə 3 DƏFƏ AZALIB

123745

“Vərəm problemindən əziyyət çəkənlərin müalicəsində ilkin addım diaqnozun düzgün müəyyən edilməsidir”.

Bizim.Media xəbər verir ki, bunu “Heydər Əliyev İli”nə həsr olunmuş “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova jurnalistlərə müsahibəsində deyib.

Vaxtında müdaxilənin bu problemdən əziyyət çəkən şəxsin sağalması üçün ilkin addım olduğunu qeyd edən İ.Axundova bildirib ki, bu kimi hallarda xəstəliyin profilaktikası ən vacib meyardır: 
“Hazırda Azərbaycanda bu sahəyə çox böyük əhəmiyyət verilir. Səhiyyə Nazirliyinin dəstəyi ilə uşaqlar və yeniyetmələr, əsasən də risk qruplarına daxil olan şəxslər arasında müəyyən profilaktik tədbirlər görülür. Məhz bu tədbirlərin nəticəsində vərəm xəstəliyinə yoluxma halları 10 il bundan əvvəlin statistik göstəriciləri ilə müqayisədə 3 dəfə, 7 il əvvəlin nisbətinə baxanda isə 2 dəfə azalıb. Bu nəticə profilaktik tədbirlərin aparılması və gücləndirilməsi nəticəsində olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO