Harop və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub - DSX

Harop və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub - DSX

Hazırda oxunan: Harop və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub - DSX

12357

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Ermə­nistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermə­nis­tanla döv­lət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Ha­rop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticə­sin­də düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunub.

İşğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mü­hafi­zəsi üzrə zəruri infrastrukturun yaradıl­ması istiqamətində işlərin uğurla da­vam etdirilməsi bildirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xid­məti tap­şırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO