Azərbaycan Polşa və Latviya ilə birlikdə yol təhlükəsizliyini gücləndirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu məqsədlə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi həyata keçiriləcək.
"Bu layihə növbəti illər ərzində yol təhlükəsizliyinin hüquqi bazasını formalaşdırmağa və ona dəyişikliklər etməyə, həmçinin bir sıra digər layihələr həyata keçirməyə imkan verəcək", - o əlavə edib.
Qeyd edək ki, layihənin iki il müddətində - 2024-cü ilin oktyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Layihənin büdcəsi 1 milyon avro nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 03.03.2023
Yollarda təhlükəsizlik necə gücləndiriləcək?
Hazırda oxunan: Yollarda təhlükəsizlik necə gücləndiriləcək?
Hazırda oxunan: Yollarda təhlükəsizlik necə gücləndiriləcək?
123560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.