“Megastore”da gözətçinin əl-qolunu bağlayıb seyfi APARDILAR

“Megastore”da gözətçinin əl-qolunu bağlayıb seyfi APARDILAR

Hazırda oxunan: “Megastore”da gözətçinin əl-qolunu bağlayıb seyfi APARDILAR

123551

Gəncədə tanınmış “Megastore” mağazasında quldurluq baş verib. 

Bizim.Media DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, hadisə zamanı naməlum şəxs səhər erkən saatlarda mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib.

Daha sonra onun əl və ayaqlarını yapşıqan lentlə bağlayaraq cinayətkar əməlini davam etdirib. Belə ki, naməlum şəxs mağazada içində 157 151 manat, 6040 dollar və  18 100 rubl olan seyfi götürərək gedib. 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. 

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO