Şəki ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə ÇATDI - FOTO

Şəki ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə ÇATDI - FOTO

Hazırda oxunan: Şəki ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə ÇATDI - FOTO

123524

Şəki şəhəri ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə çatıb.

Xəbər verildiyi kimi, ötən həftə Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forum keçirilib.

Bizim.Media-nın verdiyi məlumata əsasən, forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər, o cümlədən Özbəkistanın Kokand şəhəri ilə Şəki şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb. 

Sənədi Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kokand şəhərinin hakimi Maruf Usmanov imzalayıb.

Sənəddə iki şəhər arasında mədəniyyət, humanitar, elm, incəsənət, təhsil, sosial-iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO