Astarada 100 minlik SOYĞUN – Qohumunun qızıllarını... - FOTO 

Astarada 100 minlik SOYĞUN – Qohumunun qızıllarını... - FOTO 

Hazırda oxunan: Astarada 100 minlik SOYĞUN – Qohumunun qızıllarını... - FOTO 

123522

Astarada qohumunun evindən 100 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO