“Naxçıvan” Universitetindən daha bir YENİLİK – FOTO 

“Naxçıvan” Universitetindən daha bir YENİLİK – FOTO 

Hazırda oxunan: “Naxçıvan” Universitetindən daha bir YENİLİK – FOTO 

123380

Aparıcı innovativ tədris mərkəzi “Naxçıvan” Universiteti ilə əməkdaşlığa başlayır.

Bizim.Media xəbər verir ki, 2015-ci ildən bəri yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan “Code Academy” şirkətinin baş direktoru  Ülvi Aslanov “Naxçıvan” Universitetinin rektoru Anar Kazımovla görüşüb. 

Qonaqları salamlayan rektor universitetin fəaliyyəti, mərkəzləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

“Code Academy” şirkətinin və universitetin əməkdaşlarının iştirak etdiyi  görüşdə tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini yüksəltməyə dair Elm və Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı ilə hazırlanan layihə haqqında fikir mübadiləsi aparılıb. 

Bildirilib ki, universitetin III və IV kurs tələbələri “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanı da əldə edəcəklər. 

Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan tələbələr ödənişsiz olaraq proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris almaq imkanı əldə edəcəklər. 

Rektor Anar Kazımov ali təhsil müəssisələri üçün yaradılan yeni modeli dəstəklədiyini və yaxın zamanlarda universitetdə bu layihənin həyata keçməsi üçün mühüm addımların atılacağını vurğulayıb.

Məlumat üçün bildirək ki, “Code Academy” şirkəti IT təməlli tədris sektorunda köklü dəyişikliklərin əsasını qoyan, məzunları həm özəl, həm də dövlət sektorunun aparıcı şirkət və təşkilatlarında əsas vəzifələrdə işləyən innovativ tədris mərkəzidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO