Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qurumun Mətbuat Xidmətinin keçmiş rəisi təqüddə olan polis polkovniki Sadiq Gözəlovu təltif edib.
Bizim.Media xəbər verir ki, V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıdakı kameralara bu şəxs nəzarət edəcək
Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.
Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
Bizim.Media