Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

123248

Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti struktur bölmələrinin əməkdaşları, Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Vergi Komitəsi sədrinin birinci müavini Mubin Mirzəyev, Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin idarə rəisi Mansurxoca Yusupxocayev, bu ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Komitədən Bizim.Media-ya bildirilib ki, tədbir kölgə iqtisadiyyatı ilə mübarizədə vergi və gömrük orqanlarının birgə fəaliyyəti, həyata keçirdikləri nəzarət tədbirləri, idxal-ixrac əməliyyatları zamanı risk profillərinin müəyyənləşdirilməsi və təhlili, qaçaqmalçılıqla mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənmək, məlumat mübadiləsinin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub. 

Görüşdə iki ölkənin xalqları arasındakı tarixi köklərə dayanan mehriban dostluq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük orqanlarının da əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Həmçinin Azərbaycan gömrüyündə son dövrlərdə aparılan təkmilləşdirmələrin, informasiya texnologiyalarına və rəqəmsal həllərə əsaslanan yeniliklərin əməliyyatların asan, sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın artırılması, gömrük-vətəndaş, gömrük-biznes təmasının minimuma endirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
Bu baxımdan əldə olunan təcrübələr, tətbiq edilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO