Mədəniyyət nazirinə yeni müavin təyin edildi

Mədəniyyət nazirinə yeni müavin təyin edildi

Hazırda oxunan: Mədəniyyət nazirinə yeni müavin təyin edildi

123226

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, Səadət Yusifova bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 

2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO