Sumqayıtda DƏHŞƏT – Qayınata gəlinini və nəvəsini BALTALADI

Sumqayıtda DƏHŞƏT – Qayınata gəlinini və nəvəsini BALTALADI

Hazırda oxunan: Sumqayıtda DƏHŞƏT – Qayınata gəlinini və nəvəsini BALTALADI

123207

Sumqayıtda 70 yaşlı kişi gəlininə və nəvəsinə balta ilə xəsarət yetirib. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini - 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib. 

Onlar xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin  əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO