Həyat yoldaşını döydüyü bildirilən müstəntiqlə bağlı RƏSMİ AÇIQLAMA

Həyat yoldaşını döydüyü bildirilən müstəntiqlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Həyat yoldaşını döydüyü bildirilən müstəntiqlə bağlı RƏSMİ AÇIQLAMA

123205

Respublika Hərbi Prokurorluğunun baş müstəntiqi, polkovnik-leytenant Ceyhun Hüseynovun həyat yoldaşını döyərək ona xəsarət yetirməsi barədə məlumatlar araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatlara görə, zərərçəkmiş Nərgiz Hüseynova həyat yoldaşının onu dəfələrlə döydüyünü, üstünə silah çəkdiyini iddia edib.

Zərərçəkmiş şəxsin dediyinə görə, həyat yoldaşı azyaşlı uşaqlarını da mütəmadi olaraq ondan almağa çalışıb, onu ölümlə hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO