Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor TƏYİN EDİLDİ

Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor TƏYİN EDİLDİ

Hazırda oxunan: Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor TƏYİN EDİLDİ

123199

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

Bizim.Media-ya Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internatura keçib.

2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında əyani aspirantura təhsili alıb.

2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında assistent kimi çalışıb.

2010-cu ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb.

2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO