Bu günə gözlənilən hava

Bu günə gözlənilən hava

Hazırda oxunan: Bu günə gözlənilən hava

12319

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Fevralın 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO