Xosrov bəyin məzarını kim tapıb?

Xosrov bəyin məzarını kim tapıb?

Hazırda oxunan: Xosrov bəyin məzarını kim tapıb?

122984

Bir neçə gün əvvəl vaxtilə Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə hərbi nazir postunu tutan Xosrov bəy Sultanovun məzarının tapılması haqqında məlumat yayılıb.

Bununla bağlı telejurnalist, publisist Bəxtiyar Qaracanın adından “Qafqazinfo”x9dya açıqlama daxil olab. B. Qaraca Xosrov bəy Sultanovun məzarının yerinin müəyyən olunmasının ona məxsus olduğunu bildirir. O, hələ ötən ilin sentyabr ayında “Azərbaycan”x9d qəzetində “Taleyin didərgin saldığı vətən övladı”x9d başlıqlı yazıda bu barədə geniş məlumat verdiyini xatırladıb.

B.Qaraca məzarın necə müəyyən olunmasına aydınlıq gətirərkən bildirdi ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Mətbuat tariximiz-istiqlal yolumuz”x9d layihəsi əsasında ötən il avqust ayında Əhməd bəy Ağaoğlu haqqında Türkiyədə film çəkərkən məzara rast gəlib: “Çəklişlər İstanbul şəhərində gedirdi, çünkü Əhməd Ağaoğlu orada - Fəriköy məzarlığında dəfn olunub, şəcərəsi indi də Türkiyyədə yaşayır. Mən bu məzarlıqda başqa azərbaycanlıların da qəbirlərinin olduğunu eşitmişdim, elə öna görə də sinə daşlarını oxuya-oxuya məzarları gözdən keçirirdim. Birdən başdaşında “Sabiq Azərbaycan Milli Hökumətinin naziri doktor Xosrov bəy Sultanzadə”x9d sözləri yazılmış məzar diqqətimi çəkdi. Başdaşında doğum tarixi, yeri göstərilməsə də, ölən günü dəqiq yazılıb: 07.01.1943-cü il. Təbii ki, çox sevindim. Xosrov bəy Sultanov haqqında çox yazılsa da, məzarın yeri bu vaxta qədər dəqiq deyildi. Burada da çəkilişlər aparıb geriyə döndük”x9d.

B.Qaraca əlavə edib ki, bu gün məzarın tapılmasından yazan media onun kim tərəfindən tapdığını yazmırlar.

 Xosrov bəyin məzarını kim tapıb?


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO