Tovuz sakinini Gədəbəydə bıçaqlayan şəxs SAXLANILDI

Tovuz sakinini Gədəbəydə bıçaqlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Tovuz sakinini Gədəbəydə bıçaqlayan şəxs SAXLANILDI

122924

Gədəbəy rayonunun Qaramurad kəndində Tovuz rayon sakini Cavid Qasımova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov təsdiqləyib.

Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları müvafiq tədbirlər görüb, C. Qasımova xəsarət yetirməkdə şübhəli bilinən, Gədəbəy rayon sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir” deyə E. Qasımov əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO