Paytaxtda marketlərdə kassaları talayan şəxs SAXLANILDI - FOTO

Paytaxtda marketlərdə kassaları talayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Paytaxtda marketlərdə kassaları talayan şəxs SAXLANILDI - FOTO

122922

Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb. 

Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla Xətai və paytaxtın digər ərazilərində də oğurluqlar etdiyi məlum olub.

Faktla bağlı bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əliəsgər İsmayılov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO