“Universitetlərdə təqaüd yerlərinin sayı azaldılmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdikləri brifinqdə qeyd edib.
Nazir bildirib ki, hər iki tələbədən biri təqaüd alır:
“Bu ayrı-ayrı illər üzrə fərqlənir. Əvvəlki illərdə dövlət sifarişli yerlərdən əlavə 15 faiz ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilirdi.
Dövlət sifarişli yerlərin sayı artdığı üçün əlavə təqaüdlərin sayı azalıb. Yəni o təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib. Bir sözlə rəqəmlər dəyişməyib. Bu həmişə 50 faizdir. Belə izah edim, əgər 220 min tələbəmiz varsa, onun 110 mini təqaüd alır", - deyə nazir vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media