Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

Hazırda oxunan: Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

122789

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşları ilə münaqişə yaradan iki qardaş həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-də baş verib.

Şərurun Dizə kənd sakini Mahir Abdulov həmin gün müalicə almaq üçün xəstəxanaya gedib. Daha sonra o, oğlu Kənanı qida məhsulları alması üçün mağazaya göndərib.

Sürücülük vəsiqəsi olmayan oğlan atasına məxsus VAZ markalı avtomobili idarə edərək xəstəxanadan çıxıb və yolda yol polisi əməkdaşları onu saxlayıblar. Polislər qanunun tələbinə uyğun olaraq, avtomobili cərimə meydançasına aparıblar. Bundan sonra Kənanın atası və xəstəxanada olan əmisi Azadi onun polis şöbəsinə aparılmasını və maşının cərimə meydançasına salınmasını öyrənərək oraya gediblər.
Bu zaman polislərlə onların arasında münaqişə baş verib. Nəticədə hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə 1983-cü il təvəllüdlü Mahir Abdulov və qardaşı Azadinin hər birinə 8 sutka inzibati həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO