Azərbaycanda sərnişin qatarları PANDEMİYAYA görə dayandırılmayıb – Səbəb BƏLLİ OLDU

Azərbaycanda sərnişin qatarları PANDEMİYAYA görə dayandırılmayıb – Səbəb BƏLLİ OLDU

Hazırda oxunan: Azərbaycanda sərnişin qatarları PANDEMİYAYA görə dayandırılmayıb – Səbəb BƏLLİ OLDU

122757

Yoluxma sayı minimum həddə düşüb. Buna görə də bir sıra qadağalar aradan qaldırılıb. Ölkədə karantin rejiminin olması demək olar ki, hiss edilmir. Amma hansısa bölgəyə getmək zərurəti yarananda karantin qadağaları ortaya çıxır. Bəlli olur ki, 3 ilə yaxındır ki, ölkə daxilində dəmir yolu ilə sərnişindaşıma həyata keçirilmir. Halbuki, bir ildən artıqdır ki, avtobusla və avtomobillə sərnişindaşıma qadağası aradan qaldırılıb. 

Bəs, dəmir yolunda sərnişindaşıma niyə bərpa olunmur?

Məsələ ilə bağlı məlumat almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-ya bildirildi ki, hazırda ölkədə dəmir yolu nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri aparılır:
 

MÖVZU İLƏ BAĞLI:

Elektrik qatarlarında da gediş haqqı artırılır? – ADY-dən AÇIQLAMA


“Bir sıra istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid üzrə işlər davam etdirilir, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar, elektrik xətləri təmir edilir. Qeyd olunan kompleks tədbirlər planı tamamlandıqca ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO