Qaxda Xocalı faciəsinin qurbanları anıldı - FOTO

Qaxda Xocalı faciəsinin qurbanları anıldı - FOTO

Hazırda oxunan: Qaxda Xocalı faciəsinin qurbanları anıldı - FOTO

122653

Azərbaycan xalqınıın yaddaşında tarixin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü Qax rayonunda silsilə tədbirlərlə qeyd olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xocalı soyqırımının növbəti ildünümü ilə əlqədar Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad edib.

Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirində çıxış edənlər erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalıda törətdikləri qırğının acı nəticələri barədə danışıb.

Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.

Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün hazırda Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.

Tədbirdə çıxış edənlər işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində azad edildiyini, quruculuq işləri aparıldığını, köçkünlərin öz doğma yurdlarına qayıtmağa başladığını diqqətə çatdırıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO