“Xocalı Nişanəsi” adlı qısametrajlı film çəkildi - VİDEO

“Xocalı Nişanəsi” adlı qısametrajlı film çəkildi - VİDEO

Hazırda oxunan: “Xocalı Nişanəsi” adlı qısametrajlı film çəkildi - VİDEO

122652

Xocalı faciəsinin ildönümü ərəfəsində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib.

Bizim.Media xəbər verir ki, filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır.

“Xocalı Nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilmiş və kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.

“Xocalı Nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir. Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO