Ağsuda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı TƏDBİR KEÇİRİLDİ - FOTO 

Ağsuda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı TƏDBİR KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Ağsuda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı TƏDBİR KEÇİRİLDİ - FOTO 

122552

Ağsu rayon rəhbərliyi, Xocalıdan olan ailələr, Vətən müharibəsi şəhidlərinin ailələri və rayon ağsaqqallarının iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı görüş keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər.

Sonra tədbir Veteranlar klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb.

Törədilən soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.

Digər çıxış edənlər insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO