Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI

Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI

Hazırda oxunan: Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI

122464

Bu gecə bölgənin əksər ərazilərində şaxtalı hava şəraiti müşahidə olunub. 

Bizim.Media-nın yerli bürosu Şəki regional hava məlumat mərkəzinə istinadən bildirir ki, bölgədə qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu gecə dağlıq ərazilərdə mənfi 8, aran yaşayış məntəqələrində isə mənfi 4-5 dərəcə arasında şaxtalı hava müşahidə olunub. 

Bölgənin Qaraməryəm-İsmayıllı-Şəki və Şəki-Qax avtomobil yollarında buz bağlama halları qeydə alınıb. 

Xüsusən körpü və keçidlərin buz bağlaması bu saatlarda da davam edir.  Bölgə rayonlarında bütün növ enerjinin verilməsində məhdudiyyət yoxdur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO