Masallıda 40 yaşlı kişini itlər PARÇALADI – 2 nəfərə isə xəsarət yetirdi

Masallıda 40 yaşlı kişini itlər PARÇALADI – 2 nəfərə isə xəsarət yetirdi

Hazırda oxunan: Masallıda 40 yaşlı kişini itlər PARÇALADI – 2 nəfərə isə xəsarət yetirdi

122429

Masallıda üç it 40 yaşlı kişini parçalayıb öldürüb, iki nəfər isə it dişləməsindən Masallı Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Bizim.Media-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Viləş kəndində çöllük ərazidə baş verib. 

Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kənd sakini örüş sahəsində qoyun otararkən bir-neçı it ona hücum edib. Ceyhunun səsini eşidən iki nəfər həmkəndlisi onun köməyinə gəlib.

Amma onlar hadisə yerinə çatana qədər itlər Ceyhuna xəsarət yetirə biliblər. 

Şahidlərin bildirdiyinə görə, yaralı elə hadisə yerində dünyasını dəyişib.  

İki nəfər, Viləş kənd sakini 31 yaşlı Məmmədov Elməddin Alik oğlu və həmkəndlisi 67 yaşlı Kazımov Musa İsa oğluna ilkin tibbi yardım göstərildikdən sonra ambulator mülaciyə buraxılıb.  

Masallı Rayon Mərkəzi Xəstəxanadan bildirilib ki, bu gün Viləş kəndində it dişləməsilə bağlı iki hadisə qeydə alınıb və  hadisələr arasında bir-neçə saat fərqi olub. 

Elşən Feyzullayev, Cənub Bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO