Göyçayda mağazadan 4 min manata yaxın OĞURLUQ EDİLDİ 

Göyçayda mağazadan 4 min manata yaxın OĞURLUQ EDİLDİ 

Hazırda oxunan: Göyçayda mağazadan 4 min manata yaxın OĞURLUQ EDİLDİ 

122423

Hadisən ilk xəbər tutan yaxınlıqdan yerləşən məktəbin gözətçisi olub. Dərhal sahibinə xəbər versə də artıq iş-işdən keçmiş olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki ,hadisə rayonun Çərəcə kəndində qeydə alınıb. 

Belə ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxs və yaxud şəxslər  mağazaya qapıdan daxil olublar.  

Mağaza sahibinin sözlərinə görə, hadisədən xəbər tutan kimi obyektə gəlsə də orada olan mallarının yarısından çoxunun oğurlandığını görüb.   

Zərərçəkən bu barədə rayon polis şöbəsinə, eləcə də DİN-in “102” Xidmətinə müraciət edib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.  

Məlum olub ki mağazadan 1553 manat dəyərində spirtli içkilər, 1512 manat dəyərində siqaret, 270 manatlıq telefon danışıq kartları və 200 manat pul oğurlanıb.  

Qeyd edək ki, həmin mağazadan ötən ilin iyun ayındada oğurluq edilmişdir.  

Aqil Əsədov,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO