Ay nə üçün planetlərlə bu qədər yaxınlaşıb? - AÇIQLAMA

Ay nə üçün planetlərlə bu qədər yaxınlaşıb? - AÇIQLAMA

Hazırda oxunan: Ay nə üçün planetlərlə bu qədər yaxınlaşıb? - AÇIQLAMA

122395

Ötən gündən Ayın səmada ulduzlarla maraqlı düzülüşü yer alır. Bu görüntü sosial mediada da müzakirələrə səbəb olur. Səma cisimlərinin bu cür görüntüsündən təviş keçirənlər də var.

Bəs, səmada gördüyümüz bu gözəl görüntü nə ilə əlaqədardır? Ayın yanında yer alanlar ulduzlardırmı?  

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov cavablandırıb.

Bildirib ki, Ayın yanındakılar Venera və Yupiter planetləridir və Ay hər gün onlardan bir az uzaqlaşır: 

“Ay Yerlə Günəş arasında olanda bu təzə Aydı. Onda Ay görünmür. Sonra gəlir 1-günlük, 2-günlük və s., 1,5 gün və 2-günlükdən sonra Ay görünür. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təqvimini təzə Ay görünən gündən hesablayırlar. 14 gün yarımda Ay dolu, yəni bədirlənmiş və tam Ay olur. Ayın eyni fazaları (səhifələri yəni məsələn təzə Ay) bir də 29,5 gündən sonra təkrarlanır. Fevralın 22-də Ay 2.7 günlük, 23-də 3.7 günlük olub.
Ay hər gün Venera və Yupiterdən 12,2 dərəcə və ya 50 saat dəqiqəsi Şərqə doğru uzaqlaşır. Bu hadisədə qorxulu heç nə yoxdur. Bu sadəcə səma cisimlərinin (Ayın və planetlərin) öz orbitlərində hərəkəti ilə bağlıdır”.

Səma hadisəsinin virtual görüntüsünü təqdim edirik.




Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO