Azərbaycanda sosial xarakterli fövqəladə mühit rejimi yaradıldı

Azərbaycanda sosial xarakterli fövqəladə mühit rejimi yaradıldı

Hazırda oxunan: Azərbaycanda sosial xarakterli fövqəladə mühit rejimi yaradıldı

122352

“Fövqəladə vəziyyət haqqında” qanuna yeni – "Sosial xarakterli fövqəladə mühit rejimi" (I-I) fəsli əlavə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. 

Əlavə fəsildə qeyd olunub ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir. 

Sosial xarakterli fövqəladə mühit rejimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırmadan belə fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir. 

Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. 

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər də müəyyənləşir. 

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. 
Qanun layihəsi III oxunuşda qəbul olunub. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO