Şimalda son hava durumu: 18 sm qar və... - FOTO

Şimalda son hava durumu: 18 sm qar və... - FOTO

Hazırda oxunan: Şimalda son hava durumu: 18 sm qar və... - FOTO

122256

Şimal bölgəsinə bu gecə və səhər güclü qar yağıb.

Bizim.Media-nın Quba regional hidrometeroligiya müəssisəsindən əldə etdiyi məlumata görə, ən çox qar 18 sm olmaqla Quba şəhərinə düşüb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 12, Xızının Altıağac qəsəbəsində 10, Qusar şəhərində 8, Qrızda 7, Şabranda 5, Xaçmazda isə 1 sm təşkil edib.

Qusarın Ləzə kəndinə isə yerli sakinlərin məlumatına görə,15 sm qar yağıb. Ən çox şaxta isə ənənəvi olaraq Qrız kəndində qeydə alınıb: -13,7 dərəcə.
Avtomobil yollarının səhər tezdən qar və buzdan təmizlənməsinə başlanılıb. Hələlik hər hansı fəsad barədə məlumat yoxdur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO