Sabirabaddakı ağır qəzada yaralananların ADLARI - FOTO

Sabirabaddakı ağır qəzada yaralananların ADLARI - FOTO

Hazırda oxunan: Sabirabaddakı ağır qəzada yaralananların ADLARI - FOTO

122247

Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


*** 08:55

Sabirabadda mikroavtobusla TIR toqquşub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. 

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO