Şimal-Qərb bölgəsinə güclü qar yağıb

Şimal-Qərb bölgəsinə güclü qar yağıb

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə güclü qar yağıb

122245

Ötən gündən başlayaraq Şəki-Zaqatala rayonlarında əvvəlcə yağış yağıb, gecə saatlarında isə qara çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda bölgənin dağlıq və dağətəyi kəndlərində qarın qalınlığı 25-30 sm, aran ərazilərdə isə 10-15 sm-ə çatır.

Bəzi ərazilərdə elektrik enerjisində problemlər yaranıb.

Səhər saatlarından başlayaraq bölgənin magistrallarında, eləcə də şəhər mərkəzlərində yollar qardan təmizlənir, duz qarışıq qum səpilir.

Bölgə rayonlarında mavi yanacaq və rabitə şəbəkəsində hələlik heç bir kəsinti və ya fasilə müşahidə olunmayıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO