Şəmkirdə DƏHŞƏT: Nənə, baba və nəvə bıçaqlandı

Şəmkirdə DƏHŞƏT: Nənə, baba və nəvə bıçaqlandı

Hazırda oxunan: Şəmkirdə DƏHŞƏT: Nənə, baba və nəvə bıçaqlandı

122243

Şəmkirdə bir ailənin üç üzvü bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında  şəhərin Habil Əliyev küçəsində baş verib.

İlkin versiyaya görə, hamı yatan zaman hələlik şəxsiyyəti araşdırılan şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasovaya,1968-ci il təvəllüdlü Natiq Abbasova və onların nəvələri 2014-cü il təvəllüdlü X. Abbasovaya müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib.

Onlar mədələrinin kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb və onun kimliyi və hadisənin baş vermə səbəbləri barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO