Gün ərzində 67 maşın aksiya ərazisindən keçdi

Gün ərzində 67 maşın aksiya ərazisindən keçdi

Hazırda oxunan: Gün ərzində 67 maşın aksiya ərazisindən keçdi

122236

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 74-cü gün gecə saatlarında da coşqu ilə davam edir, aksiyada yüksək əhvali-ruhiyyə hökm sürür. 

Bizim.Media xəbər verir ki, gün boyu olduğu kimi, ekofəallar gecə saatlarında da fəallıq nümayiş etdirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlar səsləndirirlər. 

Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış şüarların yer aldığı plakatlar qaldırıblar. 

Ekofəalların ilk günlərdən bəri səsləndirdikləri şüarlar dəyişməz olaraq qalır:

“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekoloji cinayətə son”, “Stop ecocide”, “Stop Mining”, “Берегите природу”, "Экоциду нет, Мониторингу да”. 

Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji cinayətə son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını israrla tələb edirlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir. 

Gün ərzində Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 67 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan bütün məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO